Sumqayıt şəhər 14 nömrəli məktəbdə “Şuşa İli” ilə bağlı tədbir keçirilib – FOTO

858

14 may 2022-ci ildə Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimli adına 14 nömrəli tam orta məktəbdə “Şuşa ili” ilə bağlı məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Əliyeva Ülviyyənin təşkilatçılıgı ilə “Əziz Şuşa Biz Qayıtdıq”adlı tədbir keçirilib.
Tədbirdə məktəbin direktoru Fatma Bayramova,Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşı Cəmilə Fəyyaz,35 nömrəli tam orta məktəbin müəllimi Nigar Vəliyeva,3 nömrəli məktəbin müəllimi Aygün Səfərli, Şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Yüksək səviyyədə təşkil olunmuş tədbirdə Şuşanın tarixi şəxsiyyətləri obrazlaşdırılmış, Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işgal dövründə məruz qalmış dagıntılardan söz açılıb.
Ölkəmizi, o cümlədən Şuşanı vəsf edən mahnıların, mədəniyyet beşiyimizin yetişdirdiyi incəsənət xadimlərinin əsərlərinin ifa edildiyi tədir maraqlı və yaddaqalan olub.
Qarabağın taci olan Şuşa şəhəri xalqımız üçün müqəddəs və əziz məkandır.Tədbirin sonunda məktəb direktoru və qonaqlar çıxış ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər