Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsində abadlıq quruculuq işləri aparılır

915

Sumqayıt şəhərində abadlıq-quruculuq işləri davam etdirilir. Hazırda Hacı Zeynalabdin qəsəbəsində Mikayıl Müşfiq parkındə əsaslı təmir işləri aparılır.Əsaslı təmir zamanı Parkda olan Mikayıl Müşfiqin büstü yenidən qoyulacaq və bunun üçün hazırlıq işləri görülür. Burada işıqlandırma sistemi quraşdırılacaq, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün oturacaqlar qoyulacaq.

Qəsəbədə yerləşən Hacı Zeynalabdin Tağıyev adına abidə bulaq kompleksində aparılan təmir görülən işlərin tərkib hissəsidir. Kompleksin divarları aqlaylanıb, su kanalizasiya xətləri yenilənib. 200 kvadrat metr ölçüdə tamet örtüyünün vurulması nəzərdə tutulub. Qeyd edək ki, Hacı Zeynalabdin qəsəbəsində həyata keçirilən irimiqyaslı layihələr sakinlərin rahatlığını təmin etmək məqsədilə təşkil edilir. Abadlıq quruculuq işləri, nümunəvi məhəllələrin salınması və digər layihələr hazırlanmış plan əsasında aparılır və bundan sonra da davam etdiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər