Sumqayıt şəhər İcra Hakimiyyəti şəhər sakinlərinə xəbərdarlıq edir!

19833

Dünyada sürətlə artan, ölümlə nəticələnən koronavirus pandemiyasına qarşı şəhərimizdə qabaqlayıcı tədbirlərin daha effektiv həyata keçirilməsi üçün aşağıdakı qaydalara riayət edin!

  • Çox ciddi ehtiyac olmadığı təqdirdə, evdən çıxmayın!
  • Uşaqları ticarət obyektlərinə və küçələrə aparmayın. Onların ev şəraitində qalmalarını təmin edin!
  • Gigiyena qaydalarına ciddi şəkildə əməl edin!
  • Tanıdığınız şəxslərlə qarşılaşdıqda yaxın təmasdan, əl ilə görüşməkdən çəkinin!
  • Soyuqdəymə və qrip əlamətli insan gördükdə ondan mümkün qədər uzaq durun!
  • Özünüzdə və ailə üzvlərinizdə soyudəymə, halsızlıq, yüksək hərarət halları aşkar etdikdə dərhal həkimə müraciət edin!
  • Sizdən xahiş olunur, Operativ Qərargahın bütün tələb, tövsiyələrinə və qeyd olunan qaydalara əməl edin!
  • Unutmayaq ki, bu qaydalar Sizin və ailənizin sağlamlığının qorunması üçündür!

SUMQAYIT ŞƏHƏR İCRA HAKİMİYYƏTİ

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Ramil Mahmudov
    Mart 20, 2020 - 22:19

    Ay millət tətil ona görə verilməyib ki, küçələrə çıxıb gəzəsiniz. LAzım oldu omadı bazarlarda gəzəsiniz. 10-15 gün evdə otursanız nə olar?
    İtalyada görmürsünüz baş verənləri?
    Qaydalar tövsiyələr nə üçündür bəs?
    Xahiş edirəm əməl edin.

  • NazimAbdullayev
    Mart 21, 2020 - 06:52

    Salam.Çox yaxşı olardı ki,bu məlumatı xüsusi avtomobil ilə Sumqayıt şəhərini gəzib mikrofonla camaata yayardılar,yoxsa oblar hələdə vəziyyərin ciddi oldugunu dərk etmirlər.Əlavə etmək lazımdır ki,hamı küçədə olan zaman maskadan istifadə etsinlər.

    • Rəna
      Mart 21, 2020 - 14:13

      Heç bir aptekdə maska yoxdur. Maska istiyəndə satıcı adama elə baxır ki elə bil qarşısında cinayətkar görür.Bəs necə əldə edək?

  • Leyla
    Mart 21, 2020 - 09:16

    İcra hakimiyyətinin bu tövsiyələri yaxşıdır. Təəssüf ki, bəzi insanlar bu məsələyə ciddi yanaşmır. Ancaq bir sakin olaraq xahiş edirəm bir müddət qaydalara əməl edək. Bu da keçəcək amma hər birimizin səyi nəticəsində. Həmrəy olaq!

    • Samir
      Mart 21, 2020 - 14:22

      Her sey Allahin elindedir. Amma bizlerden de cox shey asilidir. Seher icra hakimiyyetinin bu addiminida musbet qiymetlendirirem.

  • Gunay
    Mart 21, 2020 - 11:14

    Sumqayıt şəhərində əvvəlcədən ciddi tədbirlər görüldü. İcra hakimiyyəti də bu işdə çox aktiv rol aldı. İnşallah şəhərimiz bu bəladan uzaq olar

  • Ruhiyyə
    Mart 21, 2020 - 11:32

    İnanıram ki,İcra Hakimiyyətinin bu vacib tövsiyələrinə şəhərimizin sakinləri diqqətlə yanaşacaq. Koronavirus pandemiyasına qarşı mübarizə öz bəhrəsini verəcəkdir. Şəhər İcra hakimiyyətinə vaxtında görülən bu tədbir və tövsiyələrə, şəhər sakinlərinə göstərilən diqqətə görə bir vətəndaş kimi öz təşəkkürümü bildirirəm.

  • Emin
    Mart 21, 2020 - 12:18

    Əməl eləyin bu qaydalara inşallah nəticəsi yaxşı olacaq

  • Selcan
    Mart 22, 2020 - 17:26

    Icra hakimiyyetine bir ricam var.bes 2 usaqla oturmusuq evde.6 -8 arasi 2 usaqla.isimizde restaranla bagli idi.indi bu aile ne ile dolansin.bizim kimi aileler bes neyleyek.xahis edirik fikir bildirin

  • sabir
    Aprel 1, 2020 - 11:45

    marsrut avtobuslarinda spirt ve maska yoxdur suruculer deyir vermirler

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər