Sumqayıt şəhər sakini Q.Qubadovu ov tüfəngindən atəş açaraq yaralamaqda şübhəli bilinən M.Bayramov tutulmuşdur
Avqustun 5-də Sumqayıt şəhəri Köhnə Kotec qəsəbəsində yaşayan Zülfüqar Bayramovun evindən şəhər sakini Qiyas Qubadov sağ əl nahiyəsindən güllə (qırma) yarası ilə xəstəxanaya gətirilmişdir.
Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Z.Bayramovun əmisi, Kotec qəsəbə sakini, əvvəllər məhkum olunmuş Musa Bayramov tutulmuş və hadisə zamanı istifadə etdiyi müvafiq sənədləri olmayan nömrəsi silinmiş “İJ-27” markalı ov tüfəngi götürülmüşdür.