Sumqayıt şəhər sakinini yaralayan şəxs həbs olundu

771

Sumqayıt şəhər sakini Q.Qubadovu ov tüfəngindən atəş açaraq yaralamaqda şübhəli bilinən M.Bayramov tutulmuşdur

Avqustun 5-də Sumqayıt şəhəri Köhnə Kotec qəsəbəsində yaşayan Zülfüqar Bayramovun evindən şəhər sakini Qiyas Qubadov sağ əl nahiyəsindən güllə (qırma) yarası  ilə xəstəxanaya gətirilmişdir.
Sumqayıt ŞPİ  3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Z.Bayramovun əmisi, Kotec qəsəbə sakini, əvvəllər məhkum olunmuş Musa Bayramov tutulmuş və hadisə zamanı istifadə etdiyi müvafiq sənədləri olmayan nömrəsi silinmiş “İJ-27” markalı ov tüfəngi götürülmüşdür.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər