Sumqayıt şəhər stadionunun ot örtüyünün vəziyyəti müzakirə olunub

609

AFFA Tovuz və Gəncə şəhər stadionların ot örtüyünün yaxşılaşdırılmasına köməklik göstərəcək. Lent.az-ın məlumatına görə, bu haqda jurnalistlərə AFFA və PFL-in klublarla keçirdiyi görüş barəsində danışan Bakının “İnter “klubunun prezidenti Georgi Nikolov məlmat verib. O bildirib ki, görüşdə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyünün vəziyyəti də müzakirə olunub. Bildirilib ki, Sumqayıtdakı stadion iki ay ərzində tam hazır vəziyyətə gətiriləcək.

Gəncə və Tovuzdakı stadionların ot örtüyünü bərpasına isə AFFA köməklik edəcək.

Bildirilib ki, belə bir görüşlərin ildə iki dəfə keçirilməsi qərara alınıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər