Sumqayıt Şəhər Təhsil Şöbəsi açıq TENDER ELAN EDİR

850

Azərbaycan Respublikası Təhsil Nazirliyi  Sumqayıt Şəhər Təhsil Şöbəsi  2013-cü ildə aşağıdakı LOT-lar üzrə

AÇIQ  TENDER  ELAN  EDİR

LOT 1 –   Yumşaq inventarın alınması

LOT 2 –  Avadanlığın alınması

LOT 3 – Cari  təmir

LOT 4 – Dəftərxana və təsərrüfat malları

LOT 5 – Digər alqı-satqı və xidmətlər

LOT 6 – Digər maşın və avadanlıqlar

LOT 7 – Sair xərclər

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə  yazılı surətdə  təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. (ən azı 3 il iş təcrübəsi olmalı)

Tenderdə iştirak etmək istəyənlər  aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Sumqayıt şəhəri, Sülh küçəsi 3 nömrəli ünvandan (əlaqələndirici şəxslər:  –  Əhədova S.B və Məhərrəmov F.Y. telefon 2-13-50) ala bilərlər.

İştirak haqqı bütün lot-lar üzrə – 200  manat

Təşkilat :  Sumqayıt  Şəhər Təhsil Şöbəsi

H/hesabı     AZ80CTRE00000000000002166631

VÖEN – 2900293391

Bank:  Dövlət Xəzinədarlıq Agentliyi

VÖEN – 1401555071

Kod –  210005

M/hesab: AZ41 NABZ01360100000000003944

S.W.İ.F.T. BİK CTREAZ 22 Büdcə təsnifatının kodu: 142340

Büdcə səviyyəsinin kodu: 7Y   fond

Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı  sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifinin dəyərinin 2%-i həcmində bank zəmanəti (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır.)

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu,nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-müvafiq mallar üzrə mənşə uyğunluq sertifikatları;

-özünə məxsus və ya  icarəyə götürülmüş əsas vəsaitlər (anbarlar, qurğular, istehsal obyektləri, nəqliyyat vasitələri, digər maşın-mexanizmlər, işçi qüvvəsini əks etdirən sənədlər) haqqında yazılı məlumat;

-icarəyə götürülmüş əsas vəsaitlər üzrə submüqavilələrin surətləri.

Sənədlər Azərbaycan dilində,  2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır.)

Tender proseduru “Dövlət Satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.  İddiaçılar tenderdə iştirak etmək üçün  yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 15 aprel 2013-cü il saat 17.00-a  qədər,   tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 23 aprel 2013-cü il saat 17.00-a qədər Sumqayıt Şəhər Təhsil Şöbəsinə (ünvan : Sumqayıt şəhəri, Sülh küçəsi 3) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 24 aprel  2013-cü il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilirlər.

TENDER KOMİSSİYASI

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər