Sumqayıt şəhərində “05 Mart – Bədən tərbiyəsi və idman günü” qeyd edilib

698
Sumqayıt şəhərində “05 Mart – Bədən tərbiyəsi və idman günü” qeyd edildi.
Abşeron – Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 05 mart 2024-cü il tarixində Sumqayıt Olimpiya İdman Kompleksində “05 Mart – Bədən tərbiyəsi və idman günü” münasibəti ilə şəhərin idman təşkilatlarının rəhbərləri və kollektivi, bədən tərbiyəsi və idman veteranları, dünya və Avropa yarışlarının mükafatçıları, idman növləri üzrə baş məşqçilər, Əməkdar məşqçilərin iştirakı ilə İdman festivalı keçirilib. Festivalda idmanın milli güləş, mini-futbol, basketbol, şahmat, nərd, gimnastika, cüdo, taekvondo, karate, qılıncoynatma növləri üzrə müxtəlif yaş qruplarında nümunəvi çıxışlar göstərilib.
Sonda idmançıların iştirakı ilə fləşmob nümayiş olunub.
Ümumilikdə festivala 500-dən çox iştirakçı cəlb edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər