Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində C Liqasının 3-cü qrupunda baş tutacaq Azərbaycan – Macarıstan oyununa hakim təyinatları açıqlanıb.
“Report” AFFA-ya istinadən xəbər verir ki, qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Vanya Yankoviçə Staşa Şpur, Helena Buh yardım edəcəklər. Dördüncü hakim funksiyasını Aleksandra Çesen yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma iyunun 5-də, saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda start götürəcək.


Müzakirə qapadılmışdır.