Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş polis əməkdaşları arasında silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə keçirilən çempionatda sumqayıtlı idmançı Nahid Əsədov uğurlu çıxışı ilə diqqət çəkib.
Yarışda rayon polis idarələrinin və Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Silahsız özünümüdafiə və əlbəyaxa döyüş növləri üzrə təşkil olunan çempionatda polis-mayoru Nahid Əsədov bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb. Bununla da ikiqat dünya çempionu olan idmançı növbəti dəfə öz uğurunu təkrarlayıb.
Qeyd edək ki, Nahid Əsədov hazırda Zəngilan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsində komandir vəzifəsində çalışır.



Müzakirə qapadılmışdır.