Sumqayıt şəhərində 140 lift yenisi ilə əvəzlənib

586

Sumqayıt şəhərində lift təsərrüfatının yenidən qurulması ilə əlaqədar mühüm tədbirlər həyata keçirilir.

Şəhər “Lift-Servis” Birliyinin rəisi Cümşüd İsmiyev AZƏRTAC-a bildirib ki, Sumqayıtın 6, 9, 10, 13 və 18-ci mikrorayonlarında 140 lift daha müasiri ilə əvəzlənib. Eləcə də 2, 6, 13, 18, 10 və 17-ci mikrorayonlarda 60 ədəd yeni və müasir liftin quraşdırılması nəzərdə tutulub. Aprel ayında bu istiqamətdə işə başlanacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 3-də “Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Sumqayıt şəhərində çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 9 milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon manat, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon manat ayrılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər