Sumqayıt şəhərində dənizdə 15 yaşlı gənc batıb.
“Report”un yerli bürosu xəbər verir ki, Xəzər dənizinin Sumqayıta düşən hissəsində bir nəfərin batması müəyyən edilib. Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən sudan 15 yaşlı Murad adlı gəncin cansız bədəni çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt Şəhər Şöbəsinə təhvil verilib.
Araşdırma zamanı gəncin qohumları ilə Novxanı çimərliyinə getdiyi və dənizin yüksək dalğalı ərazisinə qədər üzdüyü, nəticədə batdığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıt şəhərində dənizdə 15 yaşlı gənc batıb
•
1869