Sumqayıt şəhərində sakinlərlə növbəti səyyar görüş keçirildi -FOTO

674

Sumqayıt şəhərində sakinlərin müraciətlərini araşdırmaq və onları narahat edən məsələləri yerində həll etmək üçün növbəti səyyar qəbul-görüş keçirilib.

İnşaatçılar yaşayış massivində keçirilən görüşdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sakinləri qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.

Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan digər məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.

Qeyd edək ki, Sumqayıt şəhərində davamlı olaraq vətəndaşlarla görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görülür.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər