Sumqayıt şəhid generalla vidalaşdı

4458

Şəhid olan Azərbaycan Ordusunun general-mayoru, 1975-ci il təvəllüdlü Polad Həşimovun nəşi ata ocağı olan Qəbələ rayonundan sonra yaşadığı Sumqayıt şəhərinə gətirilib.  Şəhidin cənazəsi Sumqayıt şəhərində böyük izdihamla qarşılanıb.

Mərasimdə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib. Çıxış edənlər qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an layiqli cavab verməyə hazır olduğunu, şəhidlərimizin qanının yerdə qalmayacağını bildiriblər.

Bildirilib ki, Polad Həşimov 2003-cü ildə “Azərbaycan Bayrağı” ordeni, 2016-cı ildə baş verən aprel döyüşlərində göstərdiyi şücaətə görə dövlətimizin başçısı İlham Əliyev tərəfindən 2 ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib, 2019-cu ildə ona general-mayor rütbəsi verilib.

Sonra şəhid generalın cənazəsi Azərbaycan bayrağı altında, böyük insan izdihamı ilə “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı ilə Sumqayıtdan Bakıya yola salınıb.

Şəhid Polad Həşimovun nəşi Bakıda İkinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Allah rəhmət eləsin.



www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər