Sumqayıt şəhidlərindən bəhs edən “Seçilmişlər” kitabının təqdimatı keçirilib-FOTOLAR

4557

Tədbir iştirakçıları öncə Sumqayıt şəhidlər Xiyabanını ziyarət ediblər. Qalib əsgər abidəsi önünə tər gül dəstələri düzüb,şəhidlərimizin əiz xatirəsini ehtiramla yad ediblər. Ruhlarına dualar oxunub. Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib.

Təqdimat mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri Tahir Mirkişili, Müşfiq Məmmədli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi, general-mayor Natiq Qarayev, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Öncə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. 44 Günlük vətən müharibəsində igidlərimizin göstərdikləri şücaətdən və prezident İlham Əliyevin qətiyyətli siyasətindən bəhs edən videoçarxa baxılıb. Şəhid övladlarından ibarət Əmanət Xor kollektivi vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkili Tahir Mirkişili, “Azəri” Poliqrafiya Müəssisəsinin rəhbəri Mirfazil Əliyev, “Seçilmişlər” kitabının müəllifi Aygün Hacıyeva, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun atası Nəriman Həmidov, Vətən Müharibəsinin iştirakçısı, Qarabağ ordeni ilə təltif edilmiş polkovnik-leytenant Ehtiram Məmmədov çıxş edib.

Vurğulanıb ki, tarix boyu öz torpaqlarını yadellilərin basqınlarından, hücumlarından mərdliklə qoruyan Azərbaycan oğulları 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbə ilə öz qəhrəmanlıqlarını bir daha bütün dünyaya təsdiq etdilər. 30 il həsrətinidə olduğumuz Böyük Qələbəni Müzəffər Ali baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, şanlı, qəhrəman Azərbaycan Ordusunun şücaəti nəticəsində qazandıq.

Bildirilib ki, cəmi 44 günə qazanılan Zəfər Azərbaycan tarixinə şəhidlərimizin canı, igidlərimizin qanı ilə yazılıb. Sumqayıtda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olmuş şəhər sakinlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Sumqayıt şəhərində Şəhidlər xiyabanında kompleks yenidənqurma işləri aparılıb. Tədbirlər çərçivəsində yenidən qurulan Sumqayıtın şəhidlər xiyabanında qalib əsgər abidəsi ucaldılıb. Hündürlüyü 30 metr olan bayraq dirəyi quraşdırılıb. Ərazidə yaşıllıq örtüyü salınıb. İşıqlandırma sistemi müasirləşdirilib. Yenidənqurma işləri çərçivəsində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə burada Zəfər ağacı yerləşdirilib.

Qeyd olunub ki, ölkəmizdə şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində şəffafvə effektiv platformaformalaşdırılmıdırktikası və mühüm yeniliklər dünyanın qabaqcıl orduları tərəfindən dərindən öyrənilir və təqdir olunur. Bu gün azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri, həyata keçirilən müxtəlif layihələr hər birimizi sevindirir.

“Seçilmışlər” Kitabının çap olunmasında əməyi keçən şəxslərə  Sumqayıt şəhər İcra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

Qeyd edək ki, kitab “Azəri” Poliqrafiya Müəssisəsinin rəhbəri Mirfazil Əliyevin və jurnalist Aygün Hacıyevanın əməyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə sayəsində çap olunub.

“Seçilmişlər” kitabında müəllif Sumqayıt şəhidlər xiyabanında uyuyan və Fəxri Xiyabanda dəfn edilmiş 44 günlük Vətən Müharibəsinin sumqayıtlı şəhidlərinin ailələri ilə görüşərək onlar haqqında topladığı məlumatları oxuculara çatdırıb. “Seçilmişlər” Azərbaycan Tarixində öz amalları, əməlləri ilə bir ömür boyu unudlmayacaq dərin izlər qoyan igid, qorxmaz, mərd, cəsur, qeyrətli Vətən oğullarının – Qəhrəmanlarımızın dünyaya gəlişindən Şəhidlik Zirvəsinə ucalana qədər keçdikləri yol öz əksini tapıb. Sevincli-kədərli həyat hekayələri, şirinli-acılı uşaqlıq illəri, arzularla dolu yeniyetməlik və gənclik çağları, şərəfli döyüş yolları, göstərdikləri şücaətlər, həmçinin fərdi keyfiyyətləri-şəxsiyyət və xarakterləri, həyata baxışları, bacarıq və qabiliyyətləri, fitri istedadları, onların ailə üzvlərinin, qohumlarının, silahdaşlarının, müəllimlərinin, dost-tanışlarının xatirələri yer alıb.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər