Sumqayıt-Sian əməkdaşlığı - REAL TV-NİN REPORTAJI

3608
İpək yolu üzərində yerləşən şəhərlər beynəlxalq konfransda

Çinin Şansi vilayətinin inzibati mərkəzi olan Sian şəhərində Avrasiya İqtisadi Forumu keçirilib. Azərbaycanın da təmsil olunduğu beynəlxalq tədbirdə ölkələr, onların ayrı-ayrı şəhərləri və regionları arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

Real TV-nin Asiya bürosu xəbər verir ki, tarixi İpək yolunun başladığı Sian şəhərində iki ildən bir keçirilən forumda 58 ölkədən dövlət və hökumət rəsmilərinin, beynəlxalq və regional təşkilatların rəhbərləri, alm adamları iştirak edib. Məqsəd “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ölkələr, onların ayrı-ayrı şəhərləri və regionları, beynəlxalq təşkilatlar, iri şirkətlər arasında birgə əməkdaşlığı təşviq etmək, bununla bağlı məsələlərin müzakirəsi üçün dialoq və qarşılıqlı əməkdaşlıq platformasını təmin etməkdir. Açılış mərasimində çıxış edən Çin Baş nazirinin müavini Hu Çunxua bildirib ki, Avrasiya İqtisadi Forumu iştirakçı ölkələr arasında iqtisadi əlaqələrin qurulması və genişlənməsi baxımından vacib rol oynayır.

Forum çərçivəsində İpək Yolu İqtisadi Kəməri boyunca yerləşən şəhərlərin “Qarşılıqlı mənfəət üçün birgə əlaqələndirmə çağırışı” mövzusunda 7-ci beynəlxalq konfransı da keçirilib. Sian şəhərinin meri Li Minyuan konfransın rəhbərlik etdiyi şəhər ilə “Bir kəmər, bir yol” strategiyasının tərkib hissəsi olan İpək Yolu İqtisadi Kəməri boyunca yerləşən ölkələrin müxtəlif şəhərləri ilə arasında iqtisadi-ticari, humanitar, mədəni əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyətini vurğulayıb.

Azərbaycan-Çin əlaqələrinin tarixinin böyük İpək Yoluna söykəndiyini diqqətə çatdıran Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycan rəhbərliyinin Çin ilə ikitərəfli münasibətlərə xüsusi əhəmiyyət verdiyini, bu əlaqələrin bütün sahələrdə dərinləşməsinə və genişlənməsində maraqlı olduğunu bildirib. Qey dolunub ki, “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri də oaln Azərbaycan özünün iqtisadi potensialı, o cümlədən nəqliyat-tranzit imkanları ilə bu layihənin icrasına böyük töhfələr verməyə hazırdır. Bildirilib ki, Azərbaycanın kimya və neft-kimya sənayesi, elektroenrgetika, qida və yüngül sənaye, tikinti materialları istehsalının cəmləşdiyi sənaye mərkəzi olan Sumqayıtda geniş sosial və infrastruktur layihələri həyata keçirilir. Coğrafi mövqeyi və inqtisadi potensialı şəhərin investsiya cəlbediciliyini daha da artırır. Beynəlxalq əlaqələrini genişləndirən Sumqayıtın 15 ölkənin 20-dən çox şəhəri ilə əməkdaşlıq əlaqələri var.

Azərbaycan nümayəndə heyətinin Sian şəhərinin meri Li Minyuan ilə görüşündə qeyd olunub ki, Sumqayıt ilə Sian arasında dostluq əlaqələrinin qurulması haqqında bu ilin iyulunda Sumqayıtda imzalanan Niyyət Protokolu şəhərlərimizin iqtisadi və humanitar əlaqələrinin intensivləşməsinə, qarşılıqlı investisiya, ticarət və turizm sahəsində əməkdaşlığın dərinləşməsinə şərait yaradır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər