“Sumqayıt Sukanal İdarəsi” ən sağlam təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı müəssisəsi seçilib.
Aprelin 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 Aprel — Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub. Tədbirdə qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.
AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev bildirib ki, müsabiqə ümumilikdə ölkə üzrə 1960 müxtəlif təşkilat və müəssisə arasında keçirilib.