Sumqayıt Dövlət Dram Teatrı “Qonaq teatr” layihəsi çərçivəsində Bakıda Aktyor evində çıxış edib.
Dramaturq Əli Əmirlinin aktyor taleyindən bəhs edən “20 ildən sonra” əsərinə teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov quruluş verib.
Öncə Azərbaycan Teatr Xadimləri İttifaqının sədr vəzifəsini müvəqqəti icra edən Xalq artisti Hacı İsmayılov Mədəniyyət Nazirliyi ilə birgə gerçəkləşən layihənin uğurla davam etdiyini vurğuladı, Sumqayıt teatrını özünə doğma saydığını dedi, Sənət ocağının son illər maraqlı tamaşalarla çıxış etdiyini qeyd etdi.
Sonra tamaşa göstərildi. Rollarda Əməkdar artistlər Rauf Ağakişiyev, Cəlal Məmmədov, İlahə Səfərova, Xatirə Süleymanova, aktyorlar Mətləb Səfərli, Kamran Muradlı, Məryəm Hüseynli, Etibar Əmirov çıxış etdi.
Tamaşadan sonra ATXİ-nın sədri tamaşanın müəllifi Əli Əmirliyə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirdiyi “Qonaq teatr” layihəsində
Sumqayıt Dövlət Dram Teatrının “20 ildən sonra” orijinal ədəbi materiala görə fəxri fərman təqdim etdi.
Əli Əmirli layihənin təşkilatçılarına və Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi və yaradıcı kollektivinə minnətdarlıq bildirdi.
Müzakirə qapadılmışdır.