Sumqayıt Dövlət Musiqili Dram Teatrında respublikanın Əməkdar İncəsənət Xadimi, rəssam Mübariz Gəncəlinin (Əliyev) 70 illik yubileyi təntənəli şəkildə qeyd olunacaqdır.
Teatrdan AzərTAc-a bildirmişlər ki, yubiley mərasiminin noyabrın sonlarında keçirilməsi planlaşdırılır.
Ömrünün 40 ilini Sumqayıt teatrı ilə bağlayan M. Gəncəli burada quruluşçu rəssam vəzifəsində çalışmışdır. Onun Sumqayıt teatrındakı məhsuldar fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə qiymətləndirilmişdir.
Sumqayıt teatrında yubiley tədbiri keçiriləcək
•
672