Sumqayıt tələbələri ilə “İnsan alveri və qadın zorakılığına qarşı mübarizə” mövzusu müzakirə edilib

736

Sumqayıt kollecinin tələbələri üçün “İnsan alveri və qadın zorakılığına qarşı mübarizə” mövzusunda maarifləndirici görüş keçirilib. Tədbir şəhər Gənclər və İdman Baş İdarəsinin, Qadın Resurs Mərkəzinin və Tibb Kollecinin birgə təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi ictimaiyyətin diqqətini insan alveri və qadın zorakılığı probleminə yönəltmək, insan hüquqları, xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində gəncləri bilgiləndirməkdir.

Görüşdə çıxış edən qonaqlar vətəndaş cəmiyyətində zorakılığa qarşı, ilk növbədə, ailələrdə və ümumtəhsil məktəblərində maarifləndirmə işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıblar. Çıxışlarda gələcəyin sağlam ailəsinin təməlinin bu gün yetişməkdə olan sağlam dünyagörüşlü gənclər olduğu vurğulanıb, bunun üçün psixoloqların və valideynlərin daim əlaqəli işləməsinin vacibliyi qeyd edilib.

Tədbirdə zorakılığa məruz qalmış qadınların mövcud vəziyyətdən çıxış yollarına dair fikirlər dinlənilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər