Sumqayıt Tibb Mərkəzində işlə təmin olunan şəhid ailələrinin, qazilərin sayı açıqlanıb

719

Sumqayıt Tibb Mərkəzi (STM) işlə təmin olunan şəhid ailələrinin üzvlərinin və qazilərin sayını açıqlayıb.

Məlumata görə, son 4 ay ərzində 24 nəfər şəhid ailələrinin üzvləri, 12 nəfər Qarabağ qazisi və onların ailə üzvləri, eləcə də 8 nəfər Vətən müharibəsi veteranı işlə təmin edilib.

Bu şəxslərdən 9 nəfər STM-in mühafizə bölməsində, 8 nəfər Mərkəzi avtoparkda, 7 nəfər Təcili Tibbi Yardım Stansiyasında, 7 nəfər Uşaq xəstəxanasında, 6 nəfər 3 nömrəli şəhər xəstəxanasında, 7 nəfər isə digər tibb müəssisələrində müvafiq işlə təmin olunublar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər