«Sumqayıt Tikiş» ASC-nin səhmdarları toplanır – TORPAĞI ÖZƏLLƏŞDİRƏCƏKLƏR

743

26 dekabr 2021-ci il saat 13.00-da “Sumqayıt Tikiş” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaqda ASC-nin idarəetmə orqanlarının 2020-ci ilə aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı və illik hesabatların təsdiqi, ASC-yə məxsus torpaq sahəsinin özəlləşdirilməsinə aid müzakirə keçiriləcək. Bundan başqa, Cəmiyyətin fəaliyyətinin dirçəldilməsi yollarının araşdırılması və digər məsələlər müzakirə olunacaq. Ümumi yığıncağın gündəliyinə aid materiallarla tanışlıq üçün iş günlərində ASC-nin rəhbərliyinə müraciət etmək olar. İclasda canlı iştirak edə bilməyənlər onlayn qoşula bilərlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər