Sumqayıt və Ələtdəki dəniz limanlarını birləşdirəcək magistral yol tikiləcək

607

“Böyük Bakının inkişaf planı” layihəsi çərçivəsində Sumqayıt və Ələtdəki limanları birləşdirəcək magistral yolun tikintisi nəzərdə tutulub. Bunu “Bakıdövlətlayihə” İnstitutunun direktoru İlqar İsbatov Böyük Bakının Regional İnkişaf Planının (BBRİP) konseptual sxemi ilə bağlı keçirilən ictimai müzakirələrdəki çıxışı zamanı deyib.

İ.İsbatov bu yolun tikintisini şəhərin mərkəzi hissəsinin avtomobil sıxlığından azad edilməsi istiqamətində atılmış bir addım kimi dəyərləndirib.

Tikiləcək magistral yolla beynəlxalq və daxili yükdaşımalar həyata keçiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər