Sumqayıt yolunda ölümlə nəticələnən qəza

566

Bu gün səhər saatlarında Sumqayıtdan Saraya gedən yolda ağır yol qəza olub. Baş Dövlət Yol Polis İdarəsindən anspress-ə verilən məlumata görə, “VAZ-2107” markalı, 21 CE 075 dövlət nömrə nişanlı avtomobil qarşıda gedən “VAZ-2107” markalı digər maşına çırpılıb və daha sonra yolun kənarındakı dirəyə dəyib.

Qəza nəticəsində avtomobil yararsız hala düşüb. Sürücü isə hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Meyit maşından xüsusi alətlər vasitəsilə çıxarılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər