Sumqayıta daxil olan trafikin orta sürəti açıqlanıb

606

“Ookla” şirkəti “Speedtest.net” xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürəti barəsində növbəti reytinq tərtib edib. Şirkətin “NetIndex” reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 3,74 Mbit/saniyə təşkil edir.

sumqayitxeber.com saytı ictnews.az saytına istinadənxəbər verir ki, ötən ilin dekabrında bu göstərici 3,55 Mbit/saniyə olub. Bakı üzrə bu göstərici 3,95 Mbit/s, Sumqayıt üzrə isə 2,87 Mbit/s təşkil edir. Nəticələr şirkətin 2013-cü il fevralın 1-dən martın 2-dək apardığı eksperimental araşdırmaların əsasında əldə edilib.

Testlərin aparılması üçün 327287 unikal IP ünvanı seçilib. Azərbaycan daxil olan trafik reytinqi üzrə 120-ci yerdə qərarlaşıb. Bu reytinqdə ilk üçlükdə müvafiq olaraq Honqkonq (46.25 Mbit/s), Sinqapur (40.63 Mbit/s) və Andorra (38.39 Mbit/s) qərarlaşıb. Azərbaycanda xaric olan trafikin orta sürəti 1.44 Mbit/saniyə təşkil edir. Xaric olan trafik üzrə reytinqdə Azərbaycan 122-ci yerdə qərarlaşıb.

Bakı üzrə bu göstərici 1,56 Mbit/s, Sumqayıt üzrə isə 0,76 Mbit/s təşkil edir. Bu reytinqdə ilk üçlükdə müvafiq olaraq Andorra (34.19 Mbit/s), Honqkonq (31.04 Mbit/s) və Cənubi Koreya (30.05 Mbit/s) qərarlaşıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər