Sumqayıta metrobus çəkiləcək?

636

Bakının bəzi ərazilərində İstanbulda olduğu kimi nəqliyyat sisteminə metrobusların daxil edilməsi planlaşdırılır. Bu barədə Lent.aza istinadən sumqayıtxəbər.com saytı xəbər verir.

Artıq bununla bağlı paytaxt meriyası və müvafiq qurumlar arasında yekdil fikir mövcud olsa da, metrobusların tətbiqi ilə bağlı texniki məsələlər hələ ki açıq qalmaqdadır.

İlkin mərhələdə metrobusların Azadlıq meydanı-Nobel prospekti-Zığ yolu, metronun 28 may stansiyasının yaxınlığından başlamaqla Heydər Əliyev prospekti ilə Binəyə (hava limanının yaxınlığı), metronun “20 yanvar” stansiyasının yaxınlığından 3-cü mikrorayon dairəsindən keçməklə, Dərnəgül yolu ilə metronun “Koroğlu” stansiyasına və Bakıdan Sumqayıta çəkilməsi müzakirə olunan məsələlər arasındadır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər