Sumqayıtda istehlaka yararsız 18,6 ton ət və süd məhsulları məhv edilib.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, “Qurman Plyus” MMC-nin agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş, 18 657,36 kiloqram müxtəlif növ ət və süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.