Sumqayıtda 18,6 ton yarasız ət və süd məhsulları məhv edildi

539

Sumqayıtda istehlaka yararsız 18,6 ton ət və süd məhsulları məhv edilib.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, “Qurman Plyus” MMC-nin agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş, 18 657,36 kiloqram müxtəlif növ ət və süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər