Sumqayıtda 20 yaşlı gənc itkin düşdü

1235

Sumqayıtda gənc oğlan itkin düşüb.

Lent.az-ın məlumatına görə, şəhər sakini 20 yaşlı Röyal Muradov adlı şəxs dörd gün əvvəl işə getmək adı ilə evdən çıxıb.

Ancaq sonradan onunla əlaqə saxlamaq mümkün olmayıb. Yaxınlarının bildirdiyinə görə, Röyal heç işlədiyi obyektə də çatmayıb.

Röyalı görənlərdən polisə məlumat vermələri xahiş olunur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər