Sumqayıtda 26 yaşlı oğlanı bıçaqladılar

550

Avqustun 13-də Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. Şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, H.Əliyev prospektində, “Texnikabank”ın filialının yaxınlığından 1986-ci il təvəllüdlü Rəhimov Mehman Nazim oğlu bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Zərərçəkmiş ilkin ifadəsində tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirib.

Hazırda M.Rəhimovu bıçaqlayan şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

Nizam RZA, lent.az

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər