Sumqayıtda 31 Mart azərbaycanlıların Soyqırımının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi - FOTOLAR

2513

Sumqaqyıtda 31 Mart  Azərbaycanlıların Soyqırımının 100 illiyi  ilə əlaqədar anım  tədbiri  keçirilib.

Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində  təşkil edilən anım mərasiminin iştirakçıları əvvəlcə mərkəzin foyesində  şəhərin  Uşaq Yaradıcılıq Mərkəzinin və  orta ümumtəhsil məktəb  şagirdlərinin  “31 mart – azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi” mövzusunda çəkdikləri    rəsm işlərinə baxıblar.

Sonra tədbir  mərkəzin akt zalında  elmi-nəzəri  konfransla davam edib.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı  Zakir Fərəcovun, Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynovun, hüquq-mühafizə orqanlarının, eləcə də idarə, müəssisə,təşkilat  rəhbərlərinin iştirak  etdiyi tədbirdə soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükütla yad edildikdən sonra 31 mart soyqırımına həsr olunmuş film nümayiş olunub.

Sumqayıt Dövlət Universitetinin tarix və coğrafiya fakultəsinin dekanı, tarixçi professor Adil Baxşəliyev  Ermənilər tərəfindən əsrlər boyu xalqımızın başına gətirilən müsibətləri tarixi mənbələrə əsaslanaraq, faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırdı. Universitetin digər professor  və  müəllimləri  çıxışlarda  bu qanlı faciənin hərtərəfli tədqiq olunmasının və dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd ediblər.

Vurğulandı ki, bu istiqamətdə universitetdə təhsil alan əcnəbi tələbələr və əməkdaşlıq edilən xarici universitetlrələ də iş aparılır. Bildirildi ki, 1918 ci ilin mart ayında minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə ermənilər tərəfindən  məhv edilib, evlərə od vurulub, insanlar  diri diri yandırılıb. Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur,Naxçıvan,Lənkəran və Azərbaycanın digər ərazilərində xüsusi qəddarlıqla həyata keçirilən soyqırımı  erməni ideologiyasının  xalqımıza qarşı törətdiyi  terror aktı kimi qiymətləndirilib. Qeyd olundu   ki,çirkin niyyətlərindən əl çəkməyən ermənilər sonrakı dövrlərdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədi ilə yeni vasitələrə əl atdılar, 1948-53 cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarında kütləvi surətdə deportasiyasına nail oldular.Bununla kifayətlənməyən erməni faşistləri 1988 ci ildən başlayan Dağlıq Qarabağ konfiliktinin ilkin mərhələsində minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasında öz məfur niyyətlərini bir daha həyata keçirdilər. Separatçı erməni terrorunun beynəlxalq səviyyədə tanınması,erməni genosidinin ifşası istiqamətində bu gün Prezident İlham Əliyevin  həyata keçirdiyi fəaliyyət daha da güclənərək, ermənilərə qarşı ideoloji əks hucum  xarakteri alıb. Bunun nəticəsidir ki,Azərbaycanın həyata keçirdiyi hucum diplomatiyası təcəvüzkar Ermənistanı çıxılmaz vəziyyətə qoyub.

Tədbirdə  dünya dövlətlərindən və nüfuzlu beynəlxalq təşkilatlardan Azərbaycanlıların soyqırımına hüquqi və siyasi qiymətin verilməsini tələb edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər