Sumqayıtda 62 yaşlı kişi özünü güllələdi

591

Azərbaycanın Sumqayıt şəhərində intihar hadisəsi baş verib.

Bu barədə APA-ya Şəhər Prokurorluğundan bildirilib.

Hadisə şəhərin köhnə Corat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 62 yaşlı Ədalət Əbülfət oğlu Quliyev yaşadığı evdə “Vençestr” markalı silahdan başına atəş açaraq özünü öldürüb. Mərhum intihar etməzdən əvvəl məktub yazıb. Məktubda o, ölümündə heç kimin günahı olmadığını qeyd edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər