Sumqayıtda ağacəkmə aksiyası keçirilib - FOTO

1736

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Sumqayıt şəhərində ağacəkmə aksiyası təşkil olunub.

Aksiya zamanı Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə  Sumqayıt şəhərinin müxtəlif küçə və  prospektlərində 613 ədəd şam, göyrüş, sərv, akasiya və meyvə ağacları əkilib.

Şəhər rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin və şəhərdə məskunlaşan Xocalı sakinlərinin iştirakı ilə keçirilən aksiya pandemiya dövrünün qaydalarına uyğun təşkil olunub.

Əkilən ağaclar suvarılıb, aqrotexniki qulluq göstərilib.              

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər