Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi olub, ölən və yaralananlar var

253

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində baş verib.

1981-ci il təvəllüdlü Vaqif Yarış oğlu Qəhrəmanovun idarə etdiyi “Grand Cherokee” markalı avtomobillə 1990-cı il təvəllüdlü Tural Nayib oğlu Rəhmanovun idarə etdiyi “Opel” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində “Opel”in sürücüsü, habelə sərnişinlər – Naxçıvan şəhər sakini, 1957-ci il təvəllüdlü Məhərrəmova Səyyarə Bayram qızı, 1987-ci il təvəllüdlü Pənahova Aynurə Zöhrab qızı, 2003-cü il təvəllüdlü Şirinova Sama Vüqar qızı xəsarət alıblar.

Qəza zamanı 1985-ci il təvəllüdlü Nəzərov Ramin Yaqub oğlu isə hadisə yerindəcə ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər