Sumqayıtda ağır yol qəzası, 6 yaralı

691

857Sumqayıtda çoxsaylı insanın xəsarəti ilə nəticələnən yol qəzası baş verib. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.

Hadisə martın 18-dən 19-a keçən gecə, şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Sumqayıt sakini, 23 yaşlı Zaur İbrahimovun idarə etdiyi “Mercedes” markalı, 10 RG 710 dövlət nömrə nişanlı avtomobil yolun əks istiqaməti ilə hərəkət edən, 58 yaşlı Fəxrəddin Müseybovun idarə etdiyi “VAZ-2106” markalı, 57 BF 562 dövlət nömrə nişanlı maşınla toqquşub. Qəza nəticəsində hər iki sürücü və “VAZ-2106”-nın sərnişinləri, Rövşən Müseyibov, Samirə Müseyibova, onların azyaşlı övladı, 2008-ci il təvəllüdlü Ceyhun müxtəlif bədən xəsarətləri ilə Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər