Sumqayıtda at əti satılması faktı ilə bağlı istintaq aparılır (VİDEO)

639

Bir neçə gündən sonra müqəddəs Ramazan bayramını qeyd edəcəyik. Müqəddəs bayramda da din xadimlərinin “ayağınızı yorğanınıza görə uzadın” tövsiyyələrinə də məhəl qoymayıb süfrədən naz neməti əskik etməyəcəyik. Məhz açılacaq süfrə üçün dükan-bazarlara üz tutanlar da az olmayacaq.

Yenə düyü, kişmiş, şabalıd, xurma və s. ərzaq məhsulları alanlar bir yana, amma ət alanları bəri başdan ehtiyatlı olmağa çağırırıq. Ehtiyatlı olun ki, mal əti adı ilə at əti almış olmayasınız. Sumqayıt şəhər Polis idarəsində Bərdə şəhərindən 140 kq at əti gətirərək mal əti adı ilə satan Bərdə rayon sakini Zaur Novruzovun işi üzrə istintaq davam edir. İdarədən aldığımız məlumata görə işin gedişindən asılı olaraq istintaqın təxminən 20 gündən sonra yekunlaşacağı gözlənilir.

Ancaq istintaqın gedişi müddətində digər şəxslərin üzə çıxacağı da istisna edilmir. Qeyd edək ki, satıcı Sumqayıt şəhərindəki yarmarkada at əti satdığını əvvəlcə boynuna almayıb. Ancaq sonradan gətirdiyi ətin 140 kq-nın at əti olmasını etiraf edib.Respublika Baytarlıq Xidmətindən isə alıcılara tövsiyyə olunur ki, yalnız sertifikatı olan ət alsınlar.

Qeyd edək ki, Respublika Baytarlıq Xidməti ət satışı ilə məşğul olan fiziki şəxslərə xüsusi şəhadətnamə təqdim edir ki, həmin sənəddə heyvanın harda kəsilməsi, orada hansı proflaktik tədbirlərin görülməsi əks olunur. ANSPRESS.COM

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər