Dünən səhər saatlarında Bakı-Quba yolunun Sumqayıt şəhərinin Tağıyev qəsəbəsindən keçən hissəsində baş vermiş dəhşətli qəzada ölənlərin sayı 4-ə çatıb.
Publika.az xəbər verir ki, ağır vəziyyətdə Sumqayıt şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən 1941-ci il təvəllüdlü Tamara İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb. Ondan əvvəl isə Rzayeva Raisa xəstəxanada vəfat etmişdi.
Bildirilir ki, “Mercedes” markalı mikroavtobusun “Shacman” markalı yük maşınına çırpılması nəticəsində sürücü Rövşən Hüseynovla, avtobusda olan Lyuba adlı qadın sərnişin hadisə yerində ölüb. Qəzaya avtobusun sürətlə eyni yük maşınına çırpılması səbəb olub.
***
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində “Mercedes” markalı mikroavtobus ilə “Shagman” markalı yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
“Report”un yerli bürosu xəbər verir ki, qəza nəticəsində “Mercedes”in 1979-cu il təvəllüdlü sürücüsü Hüseynov Rövşən Teyyub oğlu, həmçinin sərnişinlər – 1955-ci il təvəllüdlü Rzayeva Raisa Dimitri qızı və Lyuba adlı qadın dünyasını dəyişib.
Qəza nəticəsində mikroavtobusda olan daha 15 nəfər yaralanıb:
Talıbzadə Çingiz Tofiq oğlu, 1964
Rzayeva Raisa Dimitri qızı, 1955
Rzayeva İlona Rauf qızı, 1950
Məmmədova Elvira İvan qızı, 1967
Qasımova Səbinə Kərim qızı, 1968
Rudika Jakka Anatoli qızı, 1966
Kuranika Viktoriya Oleq qızı, 1988
Buqlova Varvara Silifon qızı, 1945
Mamedova Ludmila Andrey qızı, 1947
Tarfonof İqor Aleksandr qızı, 1962
İsmayılova Tamara Hacışaban qızı, 1941
Zapalovnaya Yevgeniya Mixail qızı, 1940
Rzayeva Raya Dimitri qızı, 1951
Quliyeva Svetlana Kamal qızı, 1946
Maskiviçova Tatyana Dimitrı qızı, 1948
***
***
Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsində baş verən yol qəzasında 2 nəfər həyatını itirib, daha 15 nəfər yaralanıb.
“Report”un yerli bürosu xəbər verir ki, Bakıdan Quba rayonuna turist aparan mikroavtobus Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən körpünün altında “Shacman” markalı yük maşını ilə toqquşub.
Nəticədə 17 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisi dünyasını dəyişib. Yerdə qalanlardan 10 nəfəri Reanimasiya şöbəsində müalicə olunur.
Qəzada ölən və yaralananların ilkin siyahısı:
Talıbzadə Çingiz Tofiq oğlu, 1964-cü il təvəllüdlü
Rzayeva Raisa Dmitri qızı, 1955
Rzayeva İlona Rauf qızı, 1980
Tarfanov İqor Aleksandroviç, 1962
İsmayılova Tamara Hacışaban qızı,
Zapalovnaya Yevgeniya Mixail qızı, 1940
Rzayeva Rəna Dmitri qızı, 1951
Məmmədova Elvira İvan qızı, 1967
Həşimova Sabina Kərim qızı, 1968
Rodina Jakka Anatoli, 1966
Kuranika Viktoriya Oleq qızı,1988
Məmmədova Lüdmila Andrey qızı, 1947
Buqlova Varvara Jilijou, 1945