Sumqayıtdakı dəhşətli hadisədə ölənlərin sayı 4-ə ÇATDI - ADLAR (YENİLƏNDİ)

2122

 


Dünən səhər saatlarında Bakı-Quba yolunun Sumqayıt şəhərinin Tağıyev qəsəbəsindən keçən hissəsində baş vermiş dəhşətli qəzada ölənlərin sayı 4-ə çatıb.

Publika.az xəbər verir ki, ağır vəziyyətdə Sumqayıt şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən 1941-ci il təvəllüdlü Tamara İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb. Ondan əvvəl isə Rzayeva Raisa xəstəxanada vəfat etmişdi.

Bildirilir ki, “Mercedes” markalı mikroavtobusun “Shacman” markalı yük maşınına çırpılması nəticəsində sürücü Rövşən Hüseynovla, avtobusda olan Lyuba adlı qadın sərnişin hadisə yerində ölüb. Qəzaya avtobusun sürətlə eyni yük maşınına çırpılması səbəb olub.
***

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində “Mercedes” markalı mikroavtobus ilə “Shagman” markalı yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, qəza nəticəsində “Mercedes”in 1979-cu il təvəllüdlü sürücüsü Hüseynov Rövşən Teyyub oğlu, həmçinin sərnişinlər – 1955-ci il təvəllüdlü Rzayeva Raisa Dimitri qızı və Lyuba adlı qadın dünyasını dəyişib.

Qəza nəticəsində mikroavtobusda olan daha 15 nəfər yaralanıb:

Talıbzadə Çingiz Tofiq oğlu, 1964

Rzayeva Raisa Dimitri qızı, 1955

Rzayeva İlona Rauf qızı, 1950

Məmmədova Elvira İvan qızı, 1967

Qasımova Səbinə Kərim qızı, 1968

Rudika Jakka Anatoli qızı, 1966

Kuranika Viktoriya Oleq qızı, 1988

Buqlova Varvara Silifon qızı, 1945

Mamedova Ludmila Andrey qızı, 1947

Tarfonof İqor Aleksandr qızı, 1962

İsmayılova Tamara Hacışaban qızı, 1941

Zapalovnaya Yevgeniya Mixail qızı, 1940

Rzayeva Raya Dimitri qızı, 1951

Quliyeva Svetlana Kamal qızı, 1946

Maskiviçova Tatyana Dimitrı qızı, 1948

***

***

Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsində baş verən yol qəzasında 2 nəfər həyatını itirib, daha 15 nəfər yaralanıb.

“Report”un yerli bürosu xəbər verir ki, Bakıdan Quba rayonuna turist aparan mikroavtobus Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən körpünün altında “Shacman” markalı yük maşını ilə toqquşub.

Nəticədə 17 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisi dünyasını dəyişib. Yerdə qalanlardan 10 nəfəri Reanimasiya şöbəsində müalicə olunur.

Qəzada ölən və yaralananların ilkin siyahısı:

Talıbzadə Çingiz Tofiq oğlu, 1964-cü il təvəllüdlü

Rzayeva Raisa Dmitri qızı, 1955

Rzayeva İlona Rauf qızı, 1980

Tarfanov İqor Aleksandroviç, 1962

İsmayılova Tamara Hacışaban qızı,

Zapalovnaya Yevgeniya Mixail qızı, 1940

Rzayeva Rəna Dmitri qızı, 1951

Məmmədova Elvira İvan qızı, 1967

Həşimova Sabina Kərim qızı, 1968

Rodina Jakka Anatoli, 1966

Kuranika Viktoriya Oleq qızı,1988

Məmmədova Lüdmila Andrey qızı, 1947

Buqlova Varvara Jilijou, 1945

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər