Sumqayıtda avtobuslarda dezinfeksiya aparatları quraşdırıldı – FOTO

1897

Sumqayıtda fəaliyyət göstərən sərnişin avtobuslarına dezinfeksiyaedici məhlullar qoyulub.

Koronovirusla mübarizə tədbirləri çərçivəsində belə bir addım atılıb.

Sumqayıtda fəaliyyət göstərən ictimai nəqlliyyat vasitələrinin əksəriyyətində xüsusi dispenserlər quraşdırılıb. Yaxın müddət ərzində şəhərdə sərnişindaşıma ilə məşğul olan bütün avtobuslarda da dezinfeksiya məhlulları olan aparatlar quraşdırılacaq.

Bu işlər davamlı olaraq nəzarətdə saxlanılır və əhaliyə də ictimai nəqliyyatdan mümkün qədər az istifadə etmələri tövsiyyə edilir.

Qeyd edək ki, şəhər ərazisində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri hər gün dezinfeksiya olunur.

Digər saytlarda: https://nocomment.az/sumqayitda-avtobuslarda-dezinfeksiya-aparatlari-qurasdirilib/

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər