Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

1267

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza axşam saatlarında şəhərin Zülfi Hacıyev küçəsində qeydə alınıb.

Yolu keçmək istəyən qadını “Mercedes” markalı avtomobil vurub. Ağır bədən xəsarətləri alan piyada ölüb. Hadisəni törədən sürücü saxlanılıb, avtomobil isə duracağa yerləşdirilib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib. Ölən piyadanın Abşeron rayonu, Saray qəsəbə sakini 1983-cü il təvəllüdlü Nağıyeva Lalə Xanqulu qızı olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər