Sumqayıtda “avtoş” həbs edildi – Foto

1263

Sumqayıt şəhərində avtoşluq edən sürücü saxlanılıb.

1981-ci il təvəllüdlü Xıdırov Zaur Nəsib oğlu idarə etdiyi “BMW” markalı 90-TM-800 dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin bir sıra küçə və prospektlərində avtoxuliqanlıq hərəkətləri edib.

O, Heydər Əliyev prospekti boyunca təhlükəli manevrlər etməklə yol hərəkəti qaydalarını davamlı şəkildə pozub. Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və avtomobil cərimə meydançasına aparılıb. Sürücü barəsində toplanılmış materiallar Sumqayıt şəhər Məhkəməsinə təqdim edilib.

Məhkəmənin qərarı ilə sürücü  Xıdırov Zaur Nəsib oğlu 15 gün müddətinə inzibati qaydada həbs edilib və onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər