Sumqayıtda baş verən avtobus qəzası ilə bağlı açıqlama

742

STP-nin təcili yardım komandası qəzaya düşən avtobusun sərnişinlərinə ilkin tibbi yardım göstərib.

Mayın 11-i saat 9 radələrində Bakı – Sumqayıt yolunda, Sumqayıt Texnologiyalar Parkının qarşısında sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə zamanı zərərçəkənlərə təxirəsalınmaz tibbi yardım göstərmək məqsədilə STP-nin SƏTƏM bölməsinin Tibb məntəqəsinin əməkdaşları dərhal hadisə yerinə yaxınlaşıblar. Qəzada 9 nəfərin yüngül xəsarət aldığı müəyyənləşdirilərək onlara ilkin tibbi yardım göstərilib. 103 xidməti gəldikdən sonra xəsarət alanlar təkrar yoxlama üçün xəstəxanaya aparılıblar.

Hadisə ilə əlaqədar STP olaraq bildiririk ki, qəza edən avtobusun STP Şirkətlər Qrupuna aidiyyəti yoxdur və xəsarət alanlar içərisində STP əməkdaşı olmayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər