Sumqayıtdakı “Məişət Malları” Açıq Səhmdar Cəmiyyətində (keçmiş Səthi Yuyucu Vasitələri Zavodu) baş verən partlayış nəticəsində yaralananlardan 8 nəfəri Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasında müalicə olunur.
Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasından Gün.Az-a verilən məlumata görə, yaralananlardan bir nəfəri reanimasiyadadır.
Qalan 7 nəfərin vəziyyəti isə normal qiymətləndirilir.
Xəstəxanadan verilən məlumata görə, xəstələrə zəhərlənmə diaqnozu qoyulub.
Gün.Az Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasında müalicə olunan yaralıların siyahısını təqdim edir:
Babayev Azər (1985-ci il),
Aşırov Həşim (1964-cü il),
Maniyev Ziya (1982-cü il),
Xalidov Rəşad (1985-cü il),
Rüstəmov Elşən (1983-cü il),
Nuriyev Bəhruz (1982-cü il),
Mürşüdov Elçin (1974-cü il),
Səmədov Səbuhi (1969-cü il).
Qeyd edək ki, Mürşüdov Elçinin vəziyyəti daha ağırdır və o xəstəxananın reanimasiya şöbəsindədir.
Mirvari Kamilqızı
Gün.Az
allah shefa versin.