Sumqayıtda baş verən partlayış nəticəsində yaralananların siyahısı

681

Sumqayıtdakı “Məişət Malları” Açıq Səhmdar Cəmiyyətində (keçmiş Səthi Yuyucu Vasitələri Zavodu) baş verən partlayış nəticəsində yaralananlardan 8 nəfəri Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasında müalicə olunur.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasından Gün.Az-a verilən məlumata görə, yaralananlardan bir nəfəri reanimasiyadadır.

Qalan 7 nəfərin vəziyyəti isə normal qiymətləndirilir.

Xəstəxanadan verilən məlumata görə, xəstələrə zəhərlənmə diaqnozu qoyulub.

Gün.Az Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasında müalicə olunan yaralıların siyahısını təqdim edir:

Babayev Azər (1985-ci il),

Aşırov Həşim (1964-cü il),

Maniyev Ziya (1982-cü il),

Xalidov Rəşad (1985-cü il),

Rüstəmov Elşən (1983-cü il),

Nuriyev Bəhruz (1982-cü il),

Mürşüdov Elçin (1974-cü il),

Səmədov Səbuhi (1969-cü il).

Qeyd edək ki, Mürşüdov Elçinin vəziyyəti daha ağırdır və o xəstəxananın reanimasiya şöbəsindədir.

Mirvari Kamilqızı
Gün.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər