Sumqayıtda bayraq yürüşü keçirilib – FOTOLAR

629

Sumqayıt şəhərində 9 noyabr – Dövlət Bayrağı Günü böyük coşqu ilə qeyd olunub.
Şəhər sakinləri bayraq yürüşü təşkil edib.
Yürüş Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin qarşısından başlayıb və Sumqayıtın Şəhidlər Xiyabanında yekunlaşıb.

Dünən şanlı Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düz iyirmi səkkiz il bundan əvvəl işğal edilən qədim Şuşa şəhərini azad edib. Bu gün şəhər sakinləri üçün ikiqat bayram idi.

Yürüş iştirakçıları “Qarabağ Azərbaycandır!” “Ali Baş Komandana eşq olsun!” “Yaşasın Azərbaycan Ordusu!” “Yaşasın Azərbaycan!” kimi şüarlar səsləndirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər