Sumqayıtda həyata keçirilən abadlıq və quruculuq işləri ilk növbədə şəhərin inkişaf strategiyasına əsaslanır. Abadlaşan küçələr müasirləşən Sumqayıtın memarlıq simasına yeni çalarla qatır.
Görülən işlər özünün ünvanlı, ardıcıl və sistemli olması ilə diqqəti çəkir. Quruculuq işlərini şəhərin hər bir yerində və hər sahədə görmək mümkündür. Aparılan abadlıq-quruculuq işləri sırasına yaşayış binalarının fasadlarının ağlay daşlarla üzlənməsi də daxildir. Hazırda üzlənmə işləri Azərbaycan prospektində yerləşən binalarda da aparılır. Sevindirici haldır ki, binaların köhnə üzlüklərlə olan, gildən hazırlanmış milli naxışlar öz şəklini itirmədən yenilənir ki, bu da şəhərin görkəminə heç bir xələl gətirmir.
sumqayitxeber.com mövzu ilə əlaqədar hazırlanmış videoreportajı təqdim edir:
Müzakirə qapadılmışdır.