Sumqayıtda “Piyadalar, diqqətli olun!” şərti adı altında profilaktik tədbir keçirilib.
Sumqayıt ŞPİ-nin DYP şöbəsinin əməkdaşları tərəfindən piyada keçidindən düzgün istifadə etməyən şəxslərlə marifləndirici söhbətlər aparıblar. Piyadalara və digər hərəkət iştirakçılarına yol hərəkəti qaydalarına düzgün riayət etməyin vacibliyi tövsiyə olunub. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq yol hərəkəti qaydalarını poza 196 piyada haqqında inzibati protokol tətbiq olunub.
Qeyd edək ki, mövsümə uyğun piyadaların hərəkət intensivliyi nəzərə alınaraq, eləcə də piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədi ilə nəzarət-profilaktik tədbirlər artıq bir neçə gündür ki, daha da gücləndirilib.
Bu istiqamətdə hərəkət iştirakçıları, xüsusilə piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədilə respublika ərazisində “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçirilir.
Müzakirə qapadılmışdır.