Sumqayıtda bir qrup dövlət qulluqçusu təltif olunub

650

Sumqayıt Şəhər icra Hakimiyyətinin konfrans zalında 23 İyun – Dövlət qulluqçularının peşə bayramı qeyd olunub.
sumqayitxeber.com  xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ölkəmizdə dövlət qulluğunun formalaşması və inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin xidmətlərini xatırladan icra hakimiyyətinin başçısı bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, dövlət qulluqçularının peşə bayramı məhz Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunub.
Qeyd edilib ki, Dövlət qulluqçularının peşə bayramı münasibətilə Azərbaycan Prezidentinin Sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin iki əməkdaşı – Əsgərov Firudin Nəriman oğlu “Tərəqqi”, Məmmədov Rifat Nadir oğlu isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub.
Tədbirin sonunda səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusuna şəhər icra hakimiyyətinin fəxri fərmanları təqdim edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər