Sumqayıtda Böyük Vətən müharibəsi veteranları ziyarət olunub

1803

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi Sumqayıt şəhərində yaşayan Böyük Vətən müharibəsi iştirakçılarını evlərində ziyarət edib.

Şəhər rəhbəri veteranlarla görüşüb, onları faşizm üzərində əldə olunmuş qələbə münasibəti ilə təbrik edib, xoş arzularını çatdırıb.

Qeyd olunub ki, faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub.  600 min nəfər Azərbaycan vətəndaşı cəbhəyə yollanaraq faşizmə qarşı döyüşlərdə iştirak edib. Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, soydaşlarımızın təxminən yarısı bu döyüşlərdə həlak olub. Xalqımızın arxa cəbhədə də böyük xidmətləri olmub, ordunun ehtiyaclarını ödəmək üçün soydaşlarımız  gecə-gündüz fədakarlıqla çalışıblar.

Vurğulanıb ki, ölkəmizdə müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərilir. Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarının sosial problemlərinin həlli, sosial təminat səviyyəsinin yaxşılaşdırılması dövlətin daim diqqət mərkəzindədir.

Veteranlar keçdikləri şərəfli ömür yolundan danışaraq öz xatirələrini bölüşüb, onlara göstərilin diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Görüşdə “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalı vetranlara təqdim edilib.

Eyni zamanda veteranlara pul mükafatı, xatirə hədiyyələri və ərzaq bağlamaları təqdim edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər