Sumqayıtda bu məktəb üçün müəllimlərin qəbuluna başlanılır

4626

Yenilənmiş Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbə fənn müəllimlərinin qəbuluna başlanılır!

Sözügedən məktəb tam orta təhsil səviyyəsində təhsil alacaq şagirdlərə yeni imkanlar təqdim edir.
Təhsil müəssisəsində tədris prosesi yüksək akademik göstəricilərə malik, peşəkar pedaqoji heyət tərəfindən həyata keçiriləcək. Odur ki, qeyd olunan təhsil müəssisəsində çalışmaq və gələcək uğurlu nəslin formalaşmasında rol oynamaq istəyən müəllimləri müsahibə üçün qeydiyyatdan keçməyə dəvət edirik.
Müsahibədə qiymətləndirmə göstəricisi (MİQ, DQ və ya sertifikatlaşdırma) 85% və daha yüksək olan ali təhsilli müəllimlər iştirak edə bilərlər.
Qeydiyyat 8 sentyabr 2024-cü il tarixinə qədər davam edəcək.
🔗 https://forms.gle/CWZKtNxcx1Y5mnc1A

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər